BAKI, 7 yanvar. TELEQRAF

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.