Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə yanvarın 6-da qeydə alınıb.
1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.
Məlumata görə, piyada aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.