BAKI, 7 yanvar. TELEQRAF

“Vita Aptekləri” MMC reseptsiz dərman satışına görə cərimə edilib.

Teleqraf xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı "Vita Aptekləri" MMC-yə məxsus aptekdə resept əsasında buraxılmalı olan dərman vasitəsinin reseptsiz satılması faktı aşkarlanıb.

Məlumata görə, MMC-yə məxsus aptekdə “Driptan” dərman vasitəsinin həkim resepti təqdim edilmədən satıldığı müəyyən edilib.

Araşdırma zamanı müəyyən olunub ki, qeyd olunan hal aptekin əczaçısı Salman Abdullayev tərəfindən tanış olunmaqla imza ilə təsdiqlənib.

“Vita Aptekləri” MMC İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 150 manat cərimə olunub.