BAKI, 6 yanvar. TELEQRAF

Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 500 m² olan talvarın altında tikilən restorana bitişik sahəsi 10 m² olan manqalxananın tüstü bacasında yağ qalıqları və bacanın ətrafı 2 m² sahədə yanıb.

Bitişik restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.