LƏNKƏRAN. 1 yanvar, TELEQRAF
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində qeydə alınıb.
İlkin məlumata görə, Samir adlı şəxsə məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Əldə edilən məlumata görə, ev sahibləri Rusiya Federasiyasında yaşayır və yanğın baş verən vaxt evdə yaşayış olmayıb.
Faktla bağlı araşdırma aparılır.
