BAKI, 31 dekabr. TELEQRAF

Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verib.

Bu barədə Teleqraf-ın yerli bürosuna Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

***

19:41

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Teleqraf xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində açıq ərazidə baş verib.

Məlumata görə, yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

Hadisənin başvermə səbəbləri araşdırılır.