BAKI, 31 dekabr. TELEQRAF
Dekabrın 30-da dələduzluq etdiyi üçün axtarışda olan 6 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının dekabrın 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.