UCAR. 30 oktyabr. TELEQRAF
Ucarda piyadanın ölümü ilə nəticələnən qəza olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, avtomobil 1962-ci il təvəllüdlü piyada qadını vuraraq öldürüb.
Faktla bağlı araşdırma başlanıb.