UCAR, 30 dekabr. TELEQRAF
Ucar sakini dəm qazından zəhərlənərək ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun N.Nərimanov küçəsində baş verib.
Yaşadığı evdə dəm qazından zəhərlənən 1971-ci il təvəllüdlü rayon sakini Əhmədov Rasim Mirəddin dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.