BAKI, 30 dekabr. TELEQRAF
2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, partlayışlar zamanı 9 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.