BAKI, 30 dekabr. TELEQRAF
Abşeron rayonunda oğurluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfər polisə müraciət edərək “Tofaş” markalı nəqliyyat vasitəsindən naməlum şəraitdə 900 manat dəyərində maqnitofon, səsgücləndirici və mobil telefonunun talanmasını bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı T.Namazov və 32 yaşlı E.Balayev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində skuter oğurlayan əvvəllər məhkum olunmuş N.Qasımov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.