BAKI, 29 dekabr. TELEQRAF

Sumqayıt şəhərində zəncirvari avtomobil qəzası baş verib.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Məlumata görə, “Kia”, “Mercedes”, “Opel” və “BYD” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.