BAKI, 29 dekabr. TELEQRAF

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd yataq dəsti və 2 paq.m mebel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.