BAKI, 29 dekabr. TELEQRAF

Bakının Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Xəzər rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.