BAKI, 29 dekabr. TELEQRAF
Bakının Yasamal rayonunda yanğın olub, bir nəfər xəsarət alıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.