BAKI, 29 dekabr. TELEQRAF
Abşeron rayonunda bir nəfərin meyiti yaşadığı mənzildən tapılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Nazirliyin “112” qaynar xəttinə Abşeron rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.