BAKI, 27 dekabr. TELEQRAF
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.