GƏNCƏ, 27 dekabr. TELEQRAF

21:40

Gəncənin Hacıkənd qəsəbəsinə yağan güclü qar bir sıra problemlərə yol açıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəsəbədə yolun qarla örtülməsi səbəbindən "VAZ 21 07" markalı avtomobil sürüşərək dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda Gəncə-Toğanalı-Kəlbcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.

Qar yağmaqda davam edir.