GƏNCƏ, 26 dekabr. TELEQRAF
Gəncədə qaz xətdində qəza bir neçə qəsəbəyə mavi yanacağın verilişinin dayanmasına səbəb olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Cavad Xan, Türklər qəsəbələri və Gülüstan yaşayış massivində qazın verilişi 4 saata yaxındır dayanıb. Bu qəsəbələr Gəncə şəhərinin ən iri yaşayış massivləri hesab olunur və burada təxminən 20000 abonent var.
İlkin məlumata görə, qazın kəsilməsinə səbəb Gəncə şəhəri Comərd Qəssab Türbəsi adlanan ərazidə diametri 530 mm-lik orta təzyiqli qaz xətdində kəskin qaz sızmasıdır.
Problem aradan qaldırılandan sonra qazın verilişi bərpa edilib.