GÖYGÖL, 26 dekabr. TELEQRAF
Göygöldə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
"Mercedes Vito" markalı avtomobillə "Qaz 3110" markalı avtomobilin toqquşması nəticəsində sonuncuda olan Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova, 1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev xəsarətlər alıblar.
Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.