BAKI, 26 dekabr. TELEQRAF
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Səxavət Kərimov saxlanılıb.
Teleqraf xəbər verir ki, onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə məhkəmənin qərarı ilə S.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.