BAKI, 25 dekabr. TELEQRAF
Yaponiyanın Hokkaydo sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Hatinohe şəhərindən (Aomori prefekturasının şimalı) 111 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 62 km dərinlikdə yerləşib.
Xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.