BAKI, 25 dekabr. TELEQRAF

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.

Teleqraf-ın xəbərinə görə, rayon ərazisindəki şirniyyat mağazasından 2000 manat nağd pul naməlum şəraitdə oğurlanıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.