BAKI, 24 dekabr. TELEQRAF

Saatlı rayonunda iki nəfər dəm qazından boğulub.

Teleqraf-ın xəbərinə görə, hadisə dekabrın 23-də rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri - 92 yaşlı İsmayılov İbrəhim Hüseyn oğlu və 89 yaşlı həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Fakta görə Saatlı rayon prokurorluğunda araşdırma aparılır.