BAKI, 14 oktyabr. TELEQRAF

Masallı rayonunun Banbaşı kəndində “Ford” markalı avtobusun salon hissəsi yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.