BAKI, 14 oktyabr. TELEQRAF

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 260 m² olan restoranın mətbəxində taxta rəflər, elektrik kabeli 13 paq.m və məişət əşyaları qismən yanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.