BAKI, 13 oktyabr. TELEQRAF

Qara dənizdə Ukrayna ekipajının olduğu yük gəmisi batıb.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstanın “Maritime” saytı məlumat yayıb.

Bütün dənizçilərin xilas edildiyi bildirilir.

Türkiyədən Ukraynaya gedən " Eileen" gəmisi Varnadan 260 km aralıda batıb. Xilasetmə əməliyyatına Bolqarıstan, Türkiyə və Rumıniya qatılıb .

Qəzanın səbəbləri və gəminin qəzaya uğramasının bütün şəraiti araşdırılır.