GÖYÇAY, 12 oktyabr. TELEQRAF
Göyçayda yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə Teleqraf-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
22:19
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
21:53
Göyçayda yeşik sexində yanğın baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğın Göyçay rayonundan "dörd yol" adlanan ərazisində yerləşən yeşik sexində başlayıb.
Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.
Yanğının baş vermə səbəbi məlum deyil.