BAKI, 12 oktyabr. TELEQRAF

Oktyabrın 12-də saat 17 radələrində Bakı- Şamaxı yolunun 85-ci km-də qəza baş verib.

DİN Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, hadisə zamanı 90-KC-387 dövlət qeydiyyat nişanlı "Vaz"markalı avtomobil , 90-EE-321 dövlət qeydiyyat nışanlı "Mersedes" markalı avtomobil toqquşub.

"Vaz"ın sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.