AĞDAŞ, 14 oktyabr. TELEQRAF
Ağdaşda qəzaya düşən "Tamstore" əməkdaşından biri dünyasını dəyişib.
Bu barədə Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir.
İki gün öncə Yuxarı Nemətabad kəndi yaxınlığında iki avtomobilin iştirakı ilə baş verən yol qəzası zaman 4 yaralı xəstəxanaya çatdırılımışdı.
Onlardan biri, "VAZ" markalı avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü Sarvan Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
***
12:37
2025.10.12
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Yuxarı Nemətabad kəndi yaxınlığından keçən avtomagistralda baş verib.
İki avtomobilin toqquşması zamanı "Tamstore" marketlər şəbəsinin 4 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar - 2003-cü il təvəllüdlü Məryəm Bəkirova, 1996-cı il təvəllüdlü Ayişə Qasımzadə, 2002-ci il təvəllüdlü Sarvan Hüseynov və 1991-ci il təvəllüdlü Şahin Muatafayev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.