BAKI, 12 oktyabr. TELEQRAF

Saatlı rayonunun Çolpı kəndində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 20 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.