BAKI, 12 oktyabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Yaycı kəndində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.