GƏNCƏ, 10 oktyabr. TELEQRAF
Gəncədə itkin düşən şəhər sakini, 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, polis əməkdaşlarının axtarışları nəticəsində tapılan məktəbli ailəsinə təhvil verilib.
***
14:39
Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov oktyabrın 8-də yaşadıqları evdən hazırlıq adı ilə çıxıb. Bundan sonra məktəblidən xəbər olmayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, E. Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
