BAKI, 9 oktyabr. TELEQRAF

Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və polisin qanuni tələbinə tabe olmayan "Volksvagen" markalı, 90-CC-534 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eyvaz Kərimov saxlanılıb.

Bu barədə Teleqraf-a idarədən məlumat verilib.

Məlumata görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü E.Kərimov inzibati qaydada həbs edilib.