BAKI, 9 oktyabr. TELEQRAF

Bakının Binəqədi rayonunda restoranda, Sumqayıtda isə çay evində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda restoran ərazisində taxta konstruksiyalardan ibarət ümumi sahəsi 150 m² olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan çayxanada mətbəxin yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.

Çay evinin qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.