BAKI, 9 oktyabr. TELEQRAF
Balakən rayonunun Şərif kəndində “BMW” markalı minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.