AĞDAŞ, 7 oktyabr. TELEQRAF

Ağdaşda siçan zəhəri içən 34 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Yenicə kəndində baş verib.

1991-ci il təvəllüdlü rayon sakini Ruslan Cıkqayev bilinməyən səbəbdən siçan zəhəri içib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.