AĞDAŞ, 7 oktyabr. TELEQRAF

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol qəzasında ölən piyadaların kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.

19:57

Ağdaşda baş verən qəzada iki piyada ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçən iki qadını vurub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.