UCAR, 7 oktyabr. TELEQRAF
Ucar rayonunun Qaracallı kəndində ölümlə nəticələnən hadisə baş verib.
Teleqraf xəbər verir ki, İntiqam Vaqif oğlu Zahidov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən su hovuzunda elektrik cərəyanına düşərək ölüb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.