BAKI, 6 oktyabr. TELEQRAF
Oktyabrın 6-da saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (1-i kişi, 2-si qadın) tüstüdən zəhərlənmə və stresə qarşı reaksiya diaqnozları ilə yerində ilkin tibbi yardım göstərilib.
Məryəm Surxay
22:17
Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca telefon və internet kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.