BAKI, 7 oktyabr. TELEQRAF

Oktyabrın 6-da saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.

Hadisə nəticəsində bir piyada yerindəcə dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

***

06.10.25

13:20

GƏNCƏ, 6 oktyabr. TELEQRAF

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində yolu keçmək istəyən 4 piyadanı avtomobil vurub.

Nəticədə 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən yolda vəfat edib.

2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1987-ci il təvəllüdlü İlahə Məmmədova və 1 yaşlı N. Məmmədov isə xəstəxanaya yerləşdilib.

Onların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanıb.