BAKI, 7 oktyabr. TELEQRAF

Ağcabədidə minik avtomobili yanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şahsevən kəndində baş verib.

Kənd sakini Nicat Quliyevə məxsus "VAZ"2107 markal avtomobil anidən yanmağa başlayıb.

Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları gələrək alovu söndürüb.

Faktla bağlı araşdırma başlanıb.

***

12:39

BAKI, 6 oktyabr. TELEQRAF

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Ağcabədi rayonunun Muğanlı kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.