BAKI, 27 sentyabr. TELEQRAF

"Gənclik Mall"-da insanların təxliyə edilməsi ilə bağlı məlumat yayılıb.

Teleqraf xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

Teleqraf-ın "Pasha Malls"-a sorğusuna cavab olaraq bildirilib ki, "Gənclik Mall"-da texniki səhv olub.

"Bu səbəbdən yalnışlıqla həyəcan siqnalı işə düşüb. Hazırda insanlar təxliyə edilmir. Heç bir problem yoxdur", - əlavə edilib.