AĞDAM, 20 sentyabr. TELEQRAF
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən 20 gün müddətin inzibati qaydada həbs olunub.