GƏNCƏ, 19 sentyabr. TELEQRAF

Gəncə şəhərinə bir neçə gündür yağan yağışlar bəzi problemlərə yol açıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, xüsusən Məhsəti qəsəbəsində sel suları evlərə dolub, həyətyanı sahələrə ziyan vurub.

Hazırda sakinlər aidiyyəti qurumların əraziyə cəlb olunmasını gözləyirlər.

Gəncədə yağışlı hava şəraiti davam edir.