AĞCABƏDİ, 11 sentyabr. TELEQRAF

Ağcabədi doğuş zamanı ana ölüb, uşaq sağ qalıb.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, rayonun Avşar kənd sakini 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib. Doğulan oğlan uşağı isə xilas edilib və sağdır.

Hazırda faktla bağlı araşdırma başlanılıb, ölümün səbəbi araşdırılır.