GƏNCƏ, 2.sentyabr. TELEQRAF
Gəncədə avtoqəzada xəsarət alan daha üç nəfərin kimliyi bilinib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində Şaban Nəsirovla yanaşı 1993-cü il təvəllüdlü Türkanə İbrahimova, üç yaşlı Ümid İbrahimov və bir yaşlı Gülay İbrahimova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri kafidir.
***
01.09.2025 19:56
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
"Hyundai" markalı avtomobillə "VAZ 2106" markalı maşın toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Şaban Nəsibov və daha bir neçə nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.