SALYAN, 1 sentyabr. TELEQRAF
Salyan rayonunda yük avtomobili ilə minik avtomobilinin toqquşması zamanı sürücü ölüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, saat 05 radələrində “Mercedes” markalı minik maşınının “Mercedes Atego” markalı yük maşını ilə Noxudlu kənd avtomobil yolunda toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü Daşqın Zalıyev ölüb. Xəsarət alan Şükran Həsənəliyev və Alik Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
D.Zalıyev Vətən müharibəsi iştirakçısı olub. Onun qardaşı Zülfüqar Zalıyev Salyan Rayon Məhkəməsində katib vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır