BAKI, 31 avqust. TELEQRAF
Bu gün saat 05:10 radələrində Salyan rayonu, Şorsulu kəndində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (3 kişi cinsli, 2 qadın cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
11:11
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonu, Şorsulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ və 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.