ŞƏMKİR, 31 avqust. TELEQRAF
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "MAZ" markalı yük avtomobili yoldan çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.